Belarusda müxalifət liderlərindən Maria Kalesnikavanın Minskdə naməlum şəxslər tərəfindən qaçırıldığı iddia edilib.
İslam.az Axar-a istinadla xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Milli İncəsənət Muzeyinin qarşısında bir qrup maskalı şəxslər M.Kalesnikavanı məcburi şəkildə mikroavtobusa mindirib naməlum istiqamətə aparıblar.