Səudiyyə koalisiyasının Yəmənə aviazərbələrində ölən uşaqların sayı 3,468-ə çatıb - Hüquq Mərkəzi

/ Bazar ertəsi, 07 Sentyabr 2020 17:10
Səudiyyə koalisiyasının Yəmənə aviazərbələrində ölən uşaqların sayı 3,468-ə çatıb - Hüquq Mərkəzi

Səudiyyə Ərəbistanı hərbi koalisiyasının 2015-ci ilin martından Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölən uşaqların sayı 3,468-ə çatıb.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə paytaxt Sənada yerləşən Yəmənin İnsan Hüquqları Monitorinq Mərkəzi hesabat verib.

Hesabatda Səudiyyə Ərəbistanı hərbi koalisiyasının 2015-ci ilin martından indiyədək Yəmənə endirdiyi hava zərbələrinin nəticələri açıqlanıb.

Bildirilib ki, bu müddət ərzində ümumilikdə 3,468 uşaq ölüb və 3,804 uşaq yaralanıb.

Əlavə edilib ki, Səudiyyə Ərəbistanı hərbi koalisiyasının Yəmənin əksər əyalətlərinə tətbiq etdiyi hava, quru və sudan mühasirəsindən dolayı ölkənin səhiyyə durumu acınacaqlı vəziyyətə düşüb və 5.5 milyon uşaq müxtəlif xəstəliklərlə üzbəüz qalıb.

Please publish modules in offcanvas position.