Jurnalist Camal Kaşıkçının qatillərinə hökm oxundu

/ Çərşənbə axşamı, 08 Sentyabr 2020 10:41
Jurnalist Camal Kaşıkçının qatillərinə hökm oxundu

İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunda qəddarcasına qətlə yetirilən məşhur jurnalist Camal Kaşıkçının qatillərinə verilən cəza açıqlanıb.

Bu barədə “Milliyet” məlumat yayıb.

İşlə bağlı səkkiz nəfər günahkar bilinib. Sözügedən şəxslərdən beşinə 20 il, üçünə isə 7-10 il həbs cəzası verilib.

Please publish modules in offcanvas position.