Çin xristianlığın yayılmasına qarşı mübarizəni gücləndirəcək

/ Çərşənbə axşamı, 08 Sentyabr 2020 10:42
Çin xristianlığın yayılmasına qarşı mübarizəni gücləndirəcək

Çin əcnəbilər tərəfindən xristianlığın yayılmasına qarşı mübarizəni sərtləşdirmək niyyətindədir.

“South China Morning Post” bu barədə xəbər yayıb.

Çində yaxın gələcəkdə yeni qaydaların qüvvəyə minməsi gözlənilir. Buna əsasən, xarici müəllimlərin inanclarını icazəsiz təbliğ etmələri qadağan olunacaq.

Bundan əlavə, hökumət qadağan olunmuş siyahıda yer alan yeni dinlərin “pis ibadət praktikaları”nın qarşısını almağı tələb edəcək.

Mütəxəssislər qeyd edir ki, səlahiyyətlilər bu yolla İncilin və xristianlığın sərbəst müzakirəsi üçün son fürsəti əngəlləyirlər.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.