ABŞ Hərbi Hava Qüvvələri hərbi bazaların təhlükəsizliyi üçün robot itləri sınaqdan keçirib.
Axar.az xəbər verir ki, sınaqlar Nevada ştatında yerləşən “Nellis” aviabazasında baş tutub.
“Ghost Robotics” şirkəti tərəfindən hazırlanan “Vision 60” tipli robotlar aviabazaların ətrafında kəşfiyyat və xəritə çəkmək kimi bir neçə vəzifəni icra edəcək. İtin bədən quruluşuna bənzədilən robotlar rəqəmsal məlumat ötürmə qabiliyyətinə malik olmaqla yanaşı, sürət baxımından daha əvvəl istifadə edilən pilotsuz özüyeriyən vasitələrdən üstün olacaq.