Afrika ölkələrindən biri İsraildəki səfirliyini Qüdsdə açacağını bildirib

/ Çərşənbə axşamı, 08 Sentyabr 2020 17:39
Afrika ölkələrindən biri İsraildəki səfirliyini Qüdsdə açacağını bildirib

Çad Respublikası İsraildə diplomatik nümayəndəlik açacağını və bunun Qüdsdə olacağını bildirib.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, Çad Respublikasının rəsmi nümayəndə heyəti İsraildə qeyri rəsmi səfərdədir.

Məlumata görə Çad Respublikasının rəsmi nümayəndə heyətinə bu ölkə prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri rəhbərlik edir.

İsrail KİV-lərinin məlumatına görə Çad nümayəndə heyəti cari ildə İsraildə diplomatik nümayəndəlik açacağını və bunun Qüdsdə olacağını bildirib.

Çad nümayəndə heyəti İsrailin baş naziri Benyamin Netanyahu ilə də görüşəcək.

Please publish modules in offcanvas position.