Əfqanıstanın 1-ci vitse-prezidentinə sui-qəsd: 2 nəfər ölüb

/ Çərşənbə, 09 Sentyabr 2020 11:01
Əfqanıstanın 1-ci vitse-prezidentinə sui-qəsd: 2 nəfər ölüb

Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Salehə sui-qəsd cəhdi nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

“RİA Novosti” xəbər verir ki, məlumatı Əmrullah Salehin mətbuat xidmətinin nümayəndəsi “Facebook” səhifəsində yayıb.

Partlayış sentyabrın 9-da səhər saatlarında Əfqanıstanın paytaxtı Kabilin Taimani meydanında törədilib.

“Əfqanıstanın düşmənləri Əmrullah Salehə xəsarət yetirmək istəsə də, cəhdləri boşa çıxıb. Birinci vitse-prezident sağdır”, - o vurğulayıb.

Bildirilib ki, Ə.Salehin avtomobil karvanının keçdiyi yolda bomba partlayıb. Yaralananlar arasında birinci vitse-prezidentin mühafizəçiləri də var.

Please publish modules in offcanvas position.