Ərdoğandan döyüş gəmilərinə göstəriş: Vurun!

/ Çərşənbə, 09 Sentyabr 2020 13:35
Ərdoğandan döyüş gəmilərinə göstəriş: Vurun!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən Nazirlər Kabinetinin toplantısında Şərqi Aralıq məsələsi gündəm olub.

Axar.az xəbər verir ki, iclasda Aralıq dənizində tədqiqat işləri aparan “Oruc Rəis” gəmisinin qorunması məsələsi müzakirə edilib.

Məlumata görə, Ərdoğan “Oruc Rəis”i qoruyan freqatların ilk atəş açan tərəf olmaması ilə bağlı göstəriş verib:

“Qarşı tərəf hər hansı bir təhlükə yaradarsa, həmin an lazım olanı edin”.

Please publish modules in offcanvas position.