Tramp niyə koronavirus təhlükəsini gizli saxladığını açıqladı

/ Cümə axşamı, 10 Sentyabr 2020 11:01
Tramp niyə koronavirus təhlükəsini gizli saxladığını açıqladı

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib ki, ilin əvvəlində ölkədə çaxnaşmadan, həmçinin tibbi təyinatlı malların və fərdi müdafiə vasitələrinin qiymət artımından qaçmaq üçün koronavirus pandemiyasının təhlükəsi barədə dərhal açıqlama verməmək qərarına gəlib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

Birləşmiş Ştatlar prezidenti vurğulayıb ki, ölkə rəsmilərinin nümayiş etdirməli olduqları son şeylər “təlaş, həyəcan və qorxu” olmalı idi.

Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Co Bayden çıxışlarının birində koronavirus təhlükəsi barədə susduğu və cəmiyyəti vaxtında məlumatlandırmadığı üçün D.Trampı ittiham etmişdi.

Please publish modules in offcanvas position.