ABŞ bu ölkədən daha 4 min əsgərini çıxarır

/ Cümə axşamı, 10 Sentyabr 2020 13:26
ABŞ bu ölkədən daha 4 min əsgərini çıxarır

ABŞ Əfqanıstandan hərbçilərinin yarısını çıxarır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandalığının (CENTCOM) generalı Frenk Makkenzi deyib.

O bildirib ki, 8 min 600 hərbçi sayı oktyabrın sonuna kimi 4 min 500-ə endiriləcək:

“Beləliklə ABŞ Əfqanıstandan 4 min 100 əsgərini çıxarmış olacaq. Talibanla əldə edilən razılığa əsasən, Vaşinqtonun bu günə kimi bölgədən çıxardığı əsgərlərinin sayı 10 minə çatıb”.

Please publish modules in offcanvas position.