Serbiya “Slavyan qardaşlığı-2020” hərbi təliminə qatılmayacaq.
Axar.az xəbər verir ki, bunu Serbiya Müdafiə naziri Aleksandr Vulin deyib.
“Slavyan qardaşlığı-2020” də daxil olmaqla, 6 ay müddətində heç bir hərbi təlimdə iştirak etməyəcəyik. Serbiya AB-nin təzyiqi altındadır. Serbiya parlamentinin qərarı ilə hərbi baxımdan bitərəf ölkəyik. Hərbi bitərəflik mövqeyimizi qorumaq, ölkəmizə qarşı siyasi və iqtisadi təzyiqlərin qarşısını almaq üçün 6 ay ərzində bütün hərbi fəaliyyətlərimizi dayandırmağa qərar verdik”, - nazir bildirib.
Qeyd edək ki, Rusiya, Serbiya və Belarus 2015-ci ildən “Slavyan qardaşlığı” hərbi təlimini hər il keçirirlər.