Tramp ABŞ-ın gizli silahının olduğunu açıqladı

/ Cümə, 11 Sentyabr 2020 10:55
Tramp ABŞ-ın gizli silahının olduğunu açıqladı

Birləşmiş Ştatlar heç kimin bilmədiyi silah sistemlərinə malikdir.

Bu barədə ABŞ prezidenti Donald Tramp Miçiqan ştatına uçuşdan əvvəl jurnalistlərə bildirib.

Dövlət başçısına Amerika jurnalisti Bob Vudvordun nəşrə hazırlanan "Rage" ("Qəzəb") kitabındakı iddiaları şərh etməyi xahiş ediblər. Nəşr həmçinin Trampla Vudvordun 18 eksklüziv müsahibəsinə əsaslanır. Jurnalistin sözlərinə görə, ABŞ prezidenti onunla söhbətlərdə bildirib ki, Birləşmiş Ştatlar Rusiya və Çinin malik olmadığı yeni nüvə silah sistemini hazırlayıb.

"Bizdə əla silah var. Xeyr, mən məxfi (informasiya) haqqında danışmıram, mən o haqda danışıram ki, biz yaratdıq. Biz əla silahlar yaradırıq. Bizim Hərbi Qüvvələrimiz nə vaxtsa olduğundan daha güclüdür. Biz son 3,5 il ərzində Silahlı Qüvvələrimizə 2,5 trilyon ABŞ dolları xərclədik.

İndi bizdə yeni raketlər var. Ümid edirəm, bizə heç vaxt ondan istifadə etmək lazım gəlməyəcək, amma nüvə (silahımız-red) indi son onilliklər ərzində ən yaxşı vəziyyətdədir", - Tramp bununla bağlı suala cavab verib.

"Bizdə heç kimin bilmədiyi bəzi sistemlər var. Düzünü desək, mənə elə gəlir ki, belə davam etsə, daha yaxşı olacaq. Bizdə bəzi inanılmaz sistemlər var", - Ağ Evin başçısı davam edib.

Please publish modules in offcanvas position.