Sudan ABŞ-ın nəzərdə tutduğu terror siyahısından çıxarılır

/ Cümə, 11 Sentyabr 2020 17:50
Sudan ABŞ-ın nəzərdə tutduğu terror siyahısından çıxarılır

Sudan ABŞ-ın terrorla bağlı tərtib etdiyi qara siyahıdan çıxarılır.

İslam.az İnterAz-a istinadla xəbər verir ki, bunu Sudanın Ədliyyə Naziri Nəsrəddin Əbdülbari deyib.

Sudan rəsmisi bildirib ki, hazırda ABŞ tərəfilə danışıqlar gedir və ölkənin adı terror siyahısından çıxarılacaq.

Qeyd edək ki, bundan öncə Sudan hökuməti bildirib ki, ABŞ-la əldə edilmiş razılığa əsasən adının terror siyahısından çıxarılması üçün iki ABŞ səfirliyindəki partlayışlarda ölənələrin yaxınlarına kompensasiya olaraq 330 milyon dollar ödəməlidir.

Xatırladaq ki, ötən il Sudanda Ömər əl-Bəşiri devirən hərbçilər ölkədə təşkil edilən yeni hökumətdə mühüm rola malikdirlər. Son ildə Sudan rəsmiləri ABŞ-la danışıqlara başlayıb və İsraillə əlaqələrin normallaşdırılması istiqamətində də bir neçə dəfə görüşlər keçiriblər.

Please publish modules in offcanvas position.