Suriyada terror aktı törədilib, ölənlər və yaralananlar var

/ Çərşənbə axşamı, 15 Sentyabr 2020 14:07
Suriyada terror aktı törədilib, ölənlər və yaralananlar var

Suriyanın şimal-qərbindəki Afrin rayonunda törədilən terror aktında 9 nəfər həlak olub, daha 43 nəfər yaralanıb.

Bu barədə "Anadolu" xəbər verir.

Qeyd edilir ki, hadisə yerli vaxtla saat 18:00-da baş verib. Avtomobilə yerləşdirilmiş bomba partladılması nəticəsində ölənlərin və xəsarət alanların hamısı dinc sakinlərdir.

Təhlükəsizlik orqanları terrorçulardan təmizlənmiş bölgələrdə törədilən terror aktlarının PKK-nın Suriya qolu olan YPG tərəfindən təşkil edildiyini vurğulayıblar.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.