Husi lideri ərəb dövlətlərinin İsraillə sazişinə münasibət bildirib

/ Çərşənbə axşamı, 15 Sentyabr 2020 18:11
Husi lideri ərəb dövlətlərinin İsraillə sazişinə münasibət bildirib

“Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Ali-Xəlifə rejimləri xəyanətkar və düşmənə itaət edəndirlər. Bu şəkildə düşmənə xidmət göstərmək ümmət üçün ən təhlükəli məsələdir.”

İslam.az İnterAz-a istinadla xəbər verir ki, bunu Yəmənin “Ənsarullah” hərəkatının lideri Əbdül-Məlik əl-Husi deyib.

Husi lideri son çıxışında iki ərəb dövlətinin İsraillə əlaqələri rəsmiləşdirməsi sazişini imzalaması, Səudiyyə Ərəbistanın hava məkanını İsrailə açması və sair əlaqəli məsələlərə toxunub və üç körfəz ərəb dövlətini kəskin tənqid edib.

Əbdül-Məlik əl-Husi sözügedən sazişi ərəb və müsəlman xalqlarının həssas dönəmə qədəm qoymasını göstərdiyini bildirib və ərəb koalisiyasına Səudiyyə və BƏƏ kimi ölkələrin rəhbərlik etməsini təhlükəli mərhələ adlandırıb.

Üç ərəb dövlətini “xəyanətkar və cəsus” adlandıran husi lideri bildirib ki, “bu rejimlər Fələstin məsələsi kimi islam dünyasının digər proseslərində də düşmən tərəfdə dayanacaqlar.”

“Cəsus rejimlərin əlaqələri rəsmiləşdirmək işi gizli dönəmdən açıq-aşkar mərhələyə qədəm qoyub”, deyə Ə. əl-Husi xəbərdarlıq edib.

Please publish modules in offcanvas position.