Husilərin başçılıq etdiyi Yəmən hökuməti iki ərəb dövlətinin İsraillə sazişini kəskin tənqid edib

/ Cümə axşamı, 17 Sentyabr 2020 18:15
Husilərin başçılıq etdiyi Yəmən hökuməti iki ərəb dövlətinin İsraillə sazişini kəskin tənqid edib

Mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən hökuməti BƏƏ və Bəhreynin İsraillə əlaqələrin rəsmiləşdirilməsi sazişinin imzalamasını kəskin tənqid edib.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Yəmənin Xarici İşlər Nazirliyi (paytaxt Səna) bəyanat verib.

BƏƏ və Bəhreynin İsraillə əlaqələrin rəsmiləşdirilməsi sazişini kəskin tənqid edən bəyanatda iki ərəb dövləti böyük xəyanətə əl atmaqda ittihamlandırılıb.

Bu bəyanatda bildirilib ki, “iki ərəb dövləti ərəblərin ən prioritet məsələsini unudaraq əlaqələri rəsmiləşdirməklə Fələstin xalqını xəyanət zərbəsi vurub.”

Qeyd edək ki, bundan öncə Yəmənin Ənsarullah hərəkatının lideri Əbdül-Məlik əl-Husi də bu sazişi kəskin pisləyib, ərəb və müsəlman ümmətinin vəziyyətinin çox həssas dönəmə gəlib çıxdığını bildirmişdi.

Please publish modules in offcanvas position.