Tramp açıqladı: Daha bir ölkə İsraillə razılığa gəlir

/ Şənbə, 19 Sentyabr 2020 10:50
Tramp açıqladı: Daha bir ölkə İsraillə razılığa gəlir

Küveyt də İsrail ilə əlaqələri normallaşdıran ölkələrdən biri olacaq.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, daha 8 ölkə İsrail ilə münasibətlər qurmaq niyyətindədir.

Ağ Ev rəhbəri Yaxın Şərqdə bir çox ölkədən əsgərlərini çıxardığını, qalan hərbçilərin də sadəcə neft olan əraziləri qoruduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Ağ Ev Aparatının rəhbəri Mark Medouz daha 5 ölkənin İsraillə münasibətləri normallaşdırmaq barədə ciddi fikirləşdiyi haqda açıqlama vermişdi.

Please publish modules in offcanvas position.