Livan prezidenti ölkədə nazirliklərin dini konfessiyalar əsasında bölüşdürülməməsini istəyib

/ Bazar ertəsi, 21 Sentyabr 2020 18:55
Livan prezidenti ölkədə nazirliklərin dini konfessiyalar əsasında bölüşdürülməməsini istəyib

Livan prezidenti ölkədə yeni hökumətin tez bir zamanda formalaşdırılmasını istəyib və nazirliklərin konfessiyalara əsasən bölüşdürülməsinin əleyhinə olduğunu bildirib.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, Livanın prezidenti Mişel Oun ölkədə yeni hökumətin formalaşdırılmasının gecikməsi və siyasi gərginlik fonunda mətbuat konfransı keçirib.

Ölkə konstitusiyasında hökumət nazirliklərinin konfessiyalar əsasənda bölüşdürülməsi məsələsinin mövcud olmadığını bildirən prezident sözügedən tendensiyaya son qoyulmasını istəyib.

Qeyd edək ki, Beyrut partlayışından sonra Hassan Diabın rəhbərlik etdiyi və formalaşmasından cəmi bir neçə ay keçən hökumət istefa verib. Fransanın təşəbbüsü ilə yeni hökumətin formalaşdırılması ölkənin Almaniyadakı sabiq səfiri Mustafa əl-Ədibə tapşırılırb. Fransanın Livandakı siyasi partiyalara verdiyi möhlət bitsə də ölkədə yeni hökumət hələ də formalaşdırılmayıb.

 

Please publish modules in offcanvas position.