ABŞ-da polis autizmli yeniyetməni güllələdi

/ Çərşənbə axşamı, 22 Sentyabr 2020 14:25
ABŞ-da polis autizmli yeniyetməni güllələdi

ABŞ-ın Yuta ştatının Solt-Leyk-Siti şəhər polisi autizmli on üç yaşlı uşağa atəş edilməsi ilə bağlı video paylaşıb.

Bu barədə “FOX13” telekanalının yerli şöbəsi məlumat yayıb.

Kadrlardan görünür ki, yetkinlik yaşına çatmayan şübhəlinin təqibindən sonra polis ondan əllərini qaldırıb yerə uzanmasını tələb edir.

Tərəddüd etdikdə, məmurlardan biri ona 10-dan çox güllə atır. Uşaq sağ qalsa da, onun daxili orqanları və sümükləri zədələnib.

Please publish modules in offcanvas position.