“Hüseyn məndəndir və mən də Hüseyndənəm” hədisinin mənası nədir?

/ Çərşənbə axşamı, 22 Sentyabr 2020 16:27
“Hüseyn məndəndir və mən də Hüseyndənəm” hədisinin mənası nədir?

İslam.az oxuculara “Hüseyn məndəndir və mən də Hüseyndənəm” hədisinin mənası nədir?" sualına Ali dərəcəli mərcəyi-təqlid ayətullah Seyyid Əli Sistaninin dəftərxanasına tabe olan aqaed.com saytında dərc olan cavabı təqdim edir

 

Sual: Həzrət Məhəmməd (s) peyğəmbərin buyurduğu “Hüseyn məndəndir və mən də Hüseyndənəm” hədisinin mənası nədir?

Cavab: Hədisin ikinci bəndinin izah və açıqlanmasına ehtiyac var. Həmin bənddə beş rəyin mövcudluğu ehtimal olunur:

1. Allah təalanın ona (imam Hüseynə (ə)) və peyğəmbərinə (s) əta etdiyi əzəmətli şəfaət məqamı. Həmin məqamın əta olunması, övladının şəhadətinə razı olduğuna görə idi.

2. “...və mən də Hüseyndənəm”- bəndinin mənası budur ki, mənim dinimin və şəriətimin izlərinin Qiyamət gününədək qalması, yalnız Hüseynə (ə)  görə idi. Belə ki, əgər Hüseynin (ə) şəhadəti olmasa idi, həzrət Məhəmmədin (s) dinindən heç bir iz və əsər-əlamət qalmazdı. 

3. Həmin bəndin mənası budur ki, mənim (həzrət Peyğəmbərin (s) nəslimin – yəni, Allah təalanın xəlifələri və müsəlmanların imamlarının yaşayaraq – davam etməsi Hüseynə (ə) görə idi. Çünki Hüseyn (ə) doqquz məsum imamın atası idi.

4. Həmin bənd “Və Biz ona böyük bir qurbanlıq fəda etdik.” (Saffat/107) ayəsinin təfsirilə bağlı nəql olunan hədislərə işarədir. Belə ki, “böyük qurbanlıq”-dan məqsəd, imam Hüseyn(ə)-dir. Əgər həmin qurbanlıq olmasa idi, həzrət İsmail (ə)-in nəsli davam etməzdi. Həzrət Məhəmməd (s) həzrət İsmail (ə)-in övladlarından idi.

5. Həmin bənd nurani, mənəvi əsil-kökə işarədir. Həqiqətən də, “Əba” əhli (Allahın salamı onların üzərinə olsun!) o məqamda bir nurdan və əsil-kökdən idilər. Belə olan təqdirdə, Hüseynin (ə) Peyğəmbərdən (s) və Peyğəmbərin (s) də Hüseyndən (ə) olması həqiqətdir. (Daha ətraflı məlumat üçün Fazil Dərbəndinin “İksirul-ibadat fi israiş-şahadat” kitabına müraciət edə bilərsiniz.)

Azərbaycan dilinə tərcümə - ilahiyyatçı Rövşən İslamov

Mənbə: http://www.aqaed.com/faq/1268/

 

Please publish modules in offcanvas position.