Misir prezidenti Xəlifa Haftarla görüşüb

/ Çərşənbə, 23 Sentyabr 2020 18:43
Misir prezidenti Xəlifa Haftarla görüşüb

Misir prezidenti Əbdülfəttah Sisi Liviya “Milli Ordusu” komandanı Xəlifə Haftarı və “Liviya Parlamenti”nin sədri Əqila Salehi qəbul edib.

İslam.az SalamNews-a istinadla xəbər verir ki, bu barədə Misirin Prezident Administarasiyasının Mətbuat katibliyi məlumat verib.

Bildirilib ki, Əbdülfəttah Sisi Liviya “Milli Ordusu” komandanı Xəlifə Haftarı və “Liviya Parlamenti”nin sədri Əqila Salehi Qhirədə qəbul edib.

Bildirilib ki, tərəflər Liviya münaqişəsini, bu ölkədə “terrorla mübarizə”ni, bəzi regional və beynəlxalq güclərin “müdaxiləs”inə qarşı tədbirləri müzakirə ediblər.

Qeyd edək ki, Misir, BƏƏ, Səudiyyə və sair ərəb dövlətləri Liviyada Xəlifa Haftarı, Türkiyə və Qətər isə Tripolini nəzarətdə saxlayan “Milli Barışıq Hökuməti”ni dəstəkləyirlər.

Please publish modules in offcanvas position.