Əfqanıstanda “taliblər”in hücumu zamanı 30-a yaxın polis öldürülüb

/ Cümə axşamı, 24 Sentyabr 2020 10:34
Əfqanıstanda “taliblər”in hücumu zamanı 30-a yaxın polis öldürülüb

Əfqanıstanın cənubunda "Taliban" hərəkatı silahlılarının hücumu zamanı azı 28 polis əməkdaşı həlak olub.

“İnterfaks” xəbər verir ki, bu barədə Qərb mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, hadisə Uruzqan cənub əyalətinin Qizab rayonunda olub. Burada bir neçə gündür döyüşlər səngimir.

Əfqanıstanın Daxili İşlər Nazirliyində polislərin həlak olması şəraitini şərh etməkdən imtina ediblər.

Please publish modules in offcanvas position.