“İsa peyğəmbər” Sibirdə həbs edildi

/ Cümə axşamı, 24 Sentyabr 2020 15:15
“İsa peyğəmbər” Sibirdə həbs edildi

Sibirdə özünü “yenidən dünyaya gəlmiş İsa” adlandıran və minlərcə müridi olan təriqət lideri həbs edilib.

Axar.az xəbər verir ki, Sergey Torop adlı təriqət liderinin həbsi üçün Rusiya polisi xüsusi əməliyyat planı hazırlayıb. 30 ildir təriqət lideri kimi dini fəaliyyət göstərən Toropun bundan əvvəl yol polisi zabiti olduğu qeyd edilir. Onunla bərabər daha iki köməkçisinin də həbs olunduğu vurğulanır.

Özünü “İsa peyğəmbər” adlandıran Torop qeyri-qanuni dini təşkilat yaratmaqda ittiham olunur. O, 1989-cu ildə özünün Son Axirət Kiləsini qurduğunu etiraf edib.

Please publish modules in offcanvas position.