Fəth və HƏMAS hərəkatları milli saziş adı altında İstanbulda apardıqları danışıqlarda mühüm razılıq əldə ediblər.
İslam.az SalamNews-a istinadla xəbər verir ki, HƏMAS və Fəth hərəkatları yaxın aylar ərzində parlament seçkilərinin keçirilməsilə bağlı razılığa gəliblər.
Məlumata görə bu parlament seçkiləri 6 ay ərzində baş tutmalıdır.
Danışıqlardakı müzakirəçilərin verdiyi məlumata görə, altı ay ərzində həmçinin “Milli Birlik Hökuməti”nin formalaşdırılması da planlaşdırılıb.