Koronavirusun yoluxuculuğu artır

/ Cümə, 25 Sentyabr 2020 11:03
Koronavirusun yoluxuculuğu artır

ABŞ-da bir qrup elm adamı virusa yoluxmada artım olduğunu, ancaq ölüm nisbətində bir dəyişiklik olmadığını bəyan edib.

Axar.az xəbər verir ki, Hyustonda koronavirusla bağlı araşdırma aparan elm adamları şəhərdə yayılan koronavirusun zaman keçdikcə daha yoluxucu olduğunu vurğulayıb.

Alimlər virusla bağlı iki ayrı dalğanın quruluşunu araşdırıb. 5 min virus genomu üzərində təcrübə aparılıb. Nəticədə virusun mutasiyaya uğradığı məlum olub.

Virusa yoluxma nə qədər yoluxuculuğunu artırsa da, insanı öldürmə gücündə bir dəyişiklik olmayıb.

Please publish modules in offcanvas position.