Əfqanıstanda bir gecədə 65 terrorçu öldürüldü

/ Cümə, 25 Sentyabr 2020 11:04
Əfqanıstanda bir gecədə 65 terrorçu öldürüldü

Əfqanıstanın Paktika əyalətində Talibana qarşı keçirilən əməliyyat nəticəsində bir gecədə 65 terrorçu məhv edilib.

Bu barədə “1 TV Nyus” telekanalı məlumat yayıb.

Məlumata görə, terrorçular gecə Vazaxva rayonuna hücuma keçiblər. Əfqanıstan güc strukturlarının həyata keçirdiyi cavab əməliyyatı nəticəsində 65 terrorçu öldürülüb, daha 35 nəfər isə yaralanıb.

Əməliyyat zamanı 3 əfqan hərbçisi həlak olub, 6 nəfər yaralanıb.

Please publish modules in offcanvas position.