2018-ci ilin payızında Yaponiya və Rusiya sülh müqaviləsi bağlamağa çox yaxın idilər, lakin Vaşinqton və Moskva arasında qarşıdurmanın güclənməsi buna maneə oldu. İslam.az SalamNews-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın keçmiş baş naziri Sindzo Abe “Nikkey” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya-ABŞ münasibətlərindəki problemlər razılaşmanın əldə edilməsi üçün başlıca amillərdən biri oldu. Keçmiş baş nazir hesab edir ki, Krımın Rusiyaya birləşdirilməsi münasibətlərin kəskinləşməsinə səbəb olmuşdu.
“Mənə elə gəlirdi ki, biz danışıqlara yaxınıq, müzakirələrin mətni artıq müqavilənin əsasını təşkil edəcəkdi”, - deyə Abe bildirib.