Düşmənin tabor komandiri məhv edildi

/ Bazar ertəsi, 28 Sentyabr 2020 14:50
Düşmənin tabor komandiri məhv edildi

Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan məhv edilib, onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb.

“Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur. Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də ordusundakı döyüş itkilərinin real sayını ictimaiyyətdən gizlədir”, - Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Please publish modules in offcanvas position.