İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını və hücumlarını qınayır

/ Çərşənbə axşamı, 29 Sentyabr 2020 12:05
İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını və hücumlarını qınayır

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Azərbaycana qarşı mülki insan tələfatına səbəb olan hücumlarını dərin narahatlıqla izləyir.

İƏT-in bununla bağlı yaydığı bəyanatda Baş Katibliyin Ermənistan silahlı qüvvələrinin təxribat və hücumlarını kəskin şəkildə qınadığı vurğulanır. Qeyd edilir ki, Baş Katiblik Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha ifadə edir, İslam Əməkdaşlıq Təşkilatının qərar və qətnamələrini, həmçinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini xatırladaraq, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını, iki ölkə arasındakı münaqişənin Azərbaycanın suverenliyinə hörmətə, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına əsaslanan siyasi yolla həllinə nail olmaq üçün dialoqun qəbul edilməsini tələb edir.

Baş Katiblik şəhid olan Azərbaycan vətəndaşlarının ailələrinə, Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyir.

Please publish modules in offcanvas position.