Paşinyan bir həftədə dördüncü dəfə Putinə zəng vurdu

/ Çərşənbə axşamı, 06 Oktyabr 2020 11:16
Paşinyan bir həftədə dördüncü dəfə Putinə zəng vurdu

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla söhbətində  Qarabağda hərbi əməliyyatların dayandırılmasına təcili ehtiyac olduğunu vurğulayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin bildirib ki, münaqişə bölgəsindəki silahlı qarşıdurma geniş miqyaslı xarakter alıb və hər iki tərəfdən mülki əhali arasında ciddi itkilərə səbəb olub.

“Vladimir Putin növbəti dəfə hərbi əməliyyatlara son qoyulmasının vacibliyini vurğulayıb”, - deyə mətbuat xidmətinin yaydığı mətndə qeyd olunub.

Qeyd edək ki, bu, Paşinyanın Putinə son bir həftədə dördüncü telefon zəngidir.

Please publish modules in offcanvas position.