İranın Ali dini liderinin müşaviri: “Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir”

/ Çərşənbə axşamı, 06 Oktyabr 2020 12:27
İranın Ali dini liderinin müşaviri: “Ermənistan işğal etdiyi əraziləri tərk etməlidir”

İran lideri Əli Xameneinin beynəlxalq əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistanın Azərbaycanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsini tərk etməsinin lazım olduğunu bildirib.

İranın “Gənc Jurnalistlər Cəmiyyəti” agentliyinə müsahibə verən Vilayəti Azərbaycan və Ermənistan arasında gərginliklə bağlı danışıb.

“Beynəlxalq qaydalara əsaslanan ölkələrin ərazi bütövlüyü prinsipinə hörmət edirik. Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olaraq, bu mövzuda israr edirik, xüsusilə qarşıdurmada olan iki ölkə şimal qonşularımız olduğu halda.

Azərbaycanın yeddi şəhər işğal olunub. Bu mövzuda BMT tərəfindən dörd qətnamə təsdiq edilib. Bütün bunlar Ermənistanın işğal olunmuş ərazilərini tərk edərək, beynəlxalq sərhədlərinə çəkilməsini tələb edir”.

Vilayəti bütün BMT-yə üzv ölkələrinin bu qətnamələrə tabe olmalarının zəruriliyini vurğulayıb:

“Biz Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmasını istəyirik. Təxminən bir milyon azərbaycanlı işğal səbəbindən torpaqlarını tərk etmək məcburiyyətində qaldı. Bu insanlar öz torpaqlarına qayıtmalıdırlar”.

Please publish modules in offcanvas position.