Yunanıstan Azərbaycana yeni təyin olunmuş səfirini geri çağırıb.
İslam.az HİT.Az-a istinadla xəbər verir ki, Yunanıstan səfirliyindən də təsdiqlənən informasiya Yunanıstan Respublikasının Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində paylaşılıb.
Paylaşımda deyilir:
“Azərbaycan hökumətinin əsassız iddialarına görə Yunanıstanın Azərbaycandakı səfiri Piperigos Xarici İşlər naziri Nikos Dendiasın qərarı ilə Afinaya məsləhətləşməyə çağrıldı”.