Düşmən Azərbaycanın iri şəhərlərini “Smerç”dən atəşə tutdu

/ Cümə axşamı, 08 Oktyabr 2020 14:37
Düşmən Azərbaycanın iri şəhərlərini “Smerç”dən atəşə tutdu

“Ermənistanın “Smerç” raket kompleksi və ağır artilleriya ilə Azərbaycan şəhərlərinə və mülki şəxslərə qarşı məqsədli hücumları davam edir”.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında paylaşım edib. 

Prezidentin köməkçisi bildirib ki, Gəncə, Bərdə, Tərtər və digər şəhərlər Ermənistanın məsuliyyətsiz hücumlarının hədəfinə çevrilib:

“Sülhə məcburetmə missiyası Ermənistan dayanana qədər davam etməlidir”.

Please publish modules in offcanvas position.