Ermənistanda tələbələr də Qarabağa göndərildi

/ Cümə axşamı, 08 Oktyabr 2020 16:38
Ermənistanda tələbələr də Qarabağa göndərildi

Ermənistan silahlı qüvvələrində əsgər çatışmazlığı ilə əlaqədar olaraq universitetlərin üçüncü və dördüncü kursunda təhsil alan tələbələr də orduya göndərilib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilir ki, universitetdə təhsil alan tələbələr 2-3 günlük qısa təlimlərdən sonra Azərbaycanın işğal altında olan ərazilərinə göndərilir. Bu da Ermənistan mediasında ciddi narazılığa səbəb olub.

Hətta jurnalist Ani Saakyan deyib ki, bu təcrübəsiz uşaqları bilə-bilə məhv etməkdir:

“Artıq üç tələbənin ölüm xəbərini eşitmişəm. Bunlar Albert Ohannisyan, Mxitar Qaleyan və Vrej Avetisyandır. Onlar cəmi 10 gün əvvəl məcburi şəkildə ordu sıralarına cəlb ediliblər. 2-3 günlük silah atışı təlimlərindən sonra ən qaynar nöqtəyə göndəriliblər. Halbuki onlar sabahın rəssamı, fotoqrafı və rejissorları olacaqdılar”.

Please publish modules in offcanvas position.