BMT: “Yəməndə hər beş nəfərdən birində psixi pozğunluq var”

/ Bazar ertəsi, 12 Oktyabr 2020 11:05
BMT: “Yəməndə hər beş nəfərdən birində psixi pozğunluq var”

Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəməndə hər beş nəfərdən birinin psixi pozğunluğu olduğunu açıqlayıb.

“Anadolu” agentliyi xəbər verir ki, bu rəqəmin yeni növ koronavirus və ölkədə təxminən altı ildir davam edən müharibə səbəbindən daha da çox ola biləcəyi bildirilir.

Qeyd edilir ki, ölkədə adambaşına düşən psixiatr sayının çatışmazlığı və epidemiya səbəbindən psixoloji mərkəzlərin bəzilərinin bağlanması vəziyyəti daha da pisləşdirib.

Please publish modules in offcanvas position.