Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı

/ Çərşənbə axşamı, 13 Oktyabr 2020 14:54
Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı

“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində bu gün səhər saatlarına olan məlumata görə 42 mülki şəxs həyatını itirib”.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 206 nəfər yaralanıb.

“1479 ev, 241 mülki obyekt və 66 çoxmərtəbəli yaşayış binası yararsız vəziyyətə düşüb”, - deyə məlumatda qeyd edilib.

Please publish modules in offcanvas position.