Beynəlxalq Əhli-Beyt Konqresi Ermənistanın Gəncəni bombalaması haqda bəyanat verib

/ Çərşənbə axşamı, 13 Oktyabr 2020 18:10
Beynəlxalq Əhli-Beyt Konqresi Ermənistanın Gəncəni bombalaması haqda bəyanat verib

Dünya Əhli-Beyt Konqresi Ermənistanın Gəncə şəhərini bombalamasını pisləyib və şəhid olanların yaxınlarına başsağlığı verib.

SalamNews bu barədə Dünya Əhli-Beyt Konqresinin rəsmi saytı ABNA-a istinadla xəbər verir.

Dünya Əhli-Beyt Konqresinin bəyanatında deyilir:

"Mərhəmətli və rəhimli Allahın adı ilə!

Biz Allah tərəfindən gəlmişik və ona sarı da qayıdacağıq (Bəqərə-156)

Ermənistan dövlətinin imamzadə İbrahim ibni Məhəmməd Baqirin (ə) mübarək hərəminin yerləşdiyi Gəncə şəhərinə raket hücumu, burada mülki insanların və şiələrin həlak olması və yaralanması bizi mütəəssir etdi.

Dünya Əhli-Beyt Konqresi bütün dünyada olan şiələrin hüquqlarının müdafiəsi məsələsində olan öhdəliyindən irəli gələrək, iki ölkə arasında atəşkəs dönəmində törədilən bu hadisəni və mülki insanlara hücumu məhkum edir, həyatını dəyişənlərə Allahdan rəhmət, onların yaxınlarına isə səbr və dözüm diləyir.”

Qeyd edək ki, bundan öncə Dünya Əhli-Beyt Konqresinin baş katibi Ayətullah Rza Ramazani Qarabağ döyüşlərilə bağlı bəyanat verib və Azərbaycanın ərazibütövlüyünə təkidlə yanaşdığını, konqresin Azərbaycan müsəlmanlarının yanında olduğunu bildirib.

 

Please publish modules in offcanvas position.