Avstraliyada Türk icmasının məscidinə hücum edilib

/ Bazar ertəsi, 26 Oktyabr 2020 14:28
Avstraliyada Türk icmasının məscidinə hücum edilib

Avstraliyanın Sidney şəhərində naməlum şəxs Türk icmasının məscidinə hücum edib.

Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

Məlumata görə, təcavüzkar Türkiyə Diyanət İşləri İdarəsinin nəzdində fəaliyyət göstərən Obern-Gallipoli Məscidinə girərək, çilçıraqları, pəncərə şüşələrini, plazma televizoru və bəzi əşyaları sındırıb, dini quruma maddi ziyan vurub.

Şahidlər hadisəni polisə bildirərək baş verənləri videoya çəkiblər.

Cinayətkar saxlanılıb. Onun adı hələ açıqlanmayıb.

Please publish modules in offcanvas position.