Separatçı rejimin “müdafiə naziri” yaralandığına görə vəzifədən uzaqlaşdırılıb

/ Çərşənbə axşamı, 27 Oktyabr 2020 14:23
Separatçı rejimin “müdafiə naziri” yaralandığına görə vəzifədən uzaqlaşdırılıb

Qondarma rejimin “müdafiə naziri” Cəlal Arutyunyan yaralandığına görə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bu barədə Ermənistanın “Telegram” kanalları məlumat yaymağa başlayıb.

“Qərarın” separatçıların başçısı Araik Arutunyan tərəfindən verildiyi bildirilir.

Artıq C.Arutyunyanın yerinə yeni “müdafiə naziri” də təyin olunub. Bu, Mikael Arzumanyandır.

Qeyd edək ki, bu gecə yayılan məlumatlara əsasən, qondarma rejimin Müdafiə naziri Cəlal Arutyunyan Azərbaycan ordusu tərəfindən məhv edilib.

Lakin bu xəbər Ermənistan tərəfindən rəsmi olaraq təsdiqini tapmayıb.

Please publish modules in offcanvas position.