Tramp açar ştatlarda liderliyi itirməsini “çox qəribə” adlandırdı

/ Cümə axşamı, 05 Noyabr 2020 10:43
Tramp açar ştatlarda liderliyi itirməsini “çox qəribə” adlandırdı

ABŞ Prezidenti Donald Tramp seçkilərdə son saatlarda bəzi ştatlarda “Demokratlar”ın mövqelərinin qəfil möhkəmlənməsini “qəribə” adlandırıb.

Bu barədə Donald Tramp “Twitter” hesabında yazıb.

“Dünən gecə bir çox açar ştatlarda mən liderlik edirdim. Demək olar ki, bütün hallarda bunlar demokratların idarə etdikləri ştatlardır. Sonra hər şey sehirli şəkildə dəyişməyə başladı, gözlənilmədən sayılmamış bülletenlərin yığınları müəyyən edildi”, - deyə D.Tramp bildirib.

ABŞ lideri baş verənləri böyük hərflərlə “çox qəribə” adlandırıb.

Please publish modules in offcanvas position.