Suriyada rusiyalı hərbçilərə hücum oldu

/ Cümə, 13 Noyabr 2020 11:52
Suriyada rusiyalı hərbçilərə hücum oldu

Suriyada Rusiyaya məxsus “Tiqr” hərbi texnikasına hücum olub. 

Bununla bağlı “İzvestiya” nəşri məlumat yayıb. 

Bildirilib ki, hərbi avtomobilinin keçidi zamanı yolda quraşdırılmış əldəqayırma partlayıcı işə düşüb. Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd edilib. 

Faktı Suriyada müharibə tərəflərinin barışması üçün yaradılan Rusiya mərkəzinin rəhbərinin müavini Aleksandr Qrinkeviç təsdiqləyib.

Please publish modules in offcanvas position.