Dünyanın daha bir ölkəsində koronavirusa yoluxma aşkarlandı

/ Cümə axşamı, 19 Noyabr 2020 11:37
Dünyanın daha bir ölkəsində koronavirusa yoluxma aşkarlandı

Samoada yeni növ koronavirusa ilk yoluxma faktı aşkarlanıb. 

“Haber Global”ın məlumatına görə, bununla bağlı Samoa Prezidenti Tuilaepa Sailele Malieleqaoi danışıb. 

Onun sözlərinə görə, keçən həftə Yeni Zelandiyanın Auklənd şəhərindən gələn bir dənizçidə karantin testi zamanı COVİD-19 virusu aşkarlanıb.

O, xəstənin hazırda xəstəxanada karantində saxlanıldığını bildirib. 

Qeyd edək ki, bu günə qədər yalnız Tonqa və Nauru kimi Sakit okeanında yerləşən bir neçə ada ölkəsində koronavirus aşkarlanmayıb.

Please publish modules in offcanvas position.