BƏƏ-dən İsrailə ilk birbaşa uçuş başladı

/ Cümə axşamı, 26 Noyabr 2020 14:07
BƏƏ-dən İsrailə ilk birbaşa uçuş başladı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) aviaşirkəti “Flydubai” əmirlikdən İsrailə ilk birbaşa uçuşa başlayıb.

Bu barədə “Al Arabiya” telekanalı məlumat verib.

BƏƏ-dən İsrailə səyahət təxminən üç saat davam edəcək.

Şirkət açıqlamasında bildirib ki, Dubay-Təl-Əviv marşrutu ilə həftədə 14 uçuş həyata keçirəcək.

Qeyd edək ki, İsrail və BƏƏ 20 oktyabrda Təl-Əviv yaxınlığında hava səyahətləri, vizasız səyahət, sərmayələrin qorunması, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında müqavilələr imzalayıblar.

Please publish modules in offcanvas position.