Koçaryan yenidən hakim qarşısına çıxarılır

/ Çərşənbə axşamı, 01 Dekabr 2020 09:50
Koçaryan yenidən hakim qarşısına çıxarılır

Bu gün Ermənistanın sabiq prezidenti Robert Koçaryan yenidən hakim qarşısına çıxarılacaq. 

“Sputnik Ermənistan” xəbər verir ki, proses İrəvan Ümumi Yurisdiksiya Məhkəməsində hakim Anna Danibekyanın sədrliyi ilə baş tutacaq. 

Bununla bağlı Koçaryanın vəkili “Facebook” hesabında məlumat verib. 

Qeyd edək ki, sabiq prezidentin məhkəmə prosesi Qarabağda başlayan müharibə səbəbindən təxirə salınmışdı. 

Koçaryan 10 nəfərin ölümünə səbəb olan 2008-ci il 1 mart hadisələri səbəbindən açılan cinayət işində konstitusiya quruluşunu devirməkdə günahlandırılır.

Ermənistanın sabiq prezidenti artıq üç dəfə həbs olunub və 500 gününü həbsxanada keçirməli olub.

Please publish modules in offcanvas position.