2021-ci ildə dünyanı 75 ilin ən ağır humanitar böhranı gözləyir - BMT

/ Şənbə, 05 Dekabr 2020 10:58
2021-ci ildə dünyanı 75 ilin ən ağır humanitar böhranı gözləyir - BMT

Dünya 2021-ci ildə son 75 ilin ən ağır humanitar böhranı ilə qarşılaşa bilər.

RT-nin məlumatına görə, bu sözləri BMT-nin Ümumdünya Ərzaq Proqramının direktoru Devid Bizli deyib.

Onun sözlərinə görə, son dörd ildə ölümcül aclıq həddində olan insanların sayı 80 milyondan 135 milyona çatıb. Pandemiya səbəbilə isə bu rəqəm 270 milyona yüksəldib.

Bizli bildirib ki, sözügedən mərhələdə növbəti “fəlakət”in ola biləcəyi istisna deyil.

Please publish modules in offcanvas position.