Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında doqquz terrorçunu zərərsizləşdirib

/ Bazar ertəsi, 07 Dekabr 2020 10:30
Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında doqquz terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri Suriyanın şimal-şərqində doqquz PKK-YPG terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata deyilir ki, terrorçular “Sülh çeşməsi” əməliyyatı keçirilən ərazilərə hücum etməyə cəhd göstərsələr də, aşkar edilərək zərərsizləşdiriliblər.

Onların olduğu istiqamətə artilleriya zərbəsinin endirildiyi qeyd olunur.

Please publish modules in offcanvas position.