“YouTube” ABŞ-dakı seçkilərlə bağlı bəzi videoları silir

/ Cümə axşamı, 10 Dekabr 2020 12:18
“YouTube” ABŞ-dakı seçkilərlə bağlı bəzi videoları silir

“YouTube” özündə 3 noyabr ABŞ-da keçirilən prezident seçkilərində bülletenlərin sayılmasında saxtakarlıq və səhvlərə dair iddiaları ehtiva edən videoları silməyə başlayır.

Bu barədə rəsmi “YouTube” blogunda yerləşdirilən məlumatda deyilir.

“Məsələn, prezidentliyə namizədin kompyuter proqramlarında və ya bülletenlərin sayılmasındakı səhvlərə görə seçkilərdə qalib gəldiyini iddia edən videoları siləcəyik. Bu gündən bu siyasəti həyata keçirməyə başlayırıq və yaxın həftələrdə müvafiq tədbirləri daha da gücləndirəcəyik”-deyə, məlumatda qeyd olunub.

CNN qeyd edib ki, bu qərar ilk növbədə prezident seçkilərində Co Baydenin qalib gəlməsini şübhə altına alan televiziya kanallarına və şəxslərə yönələcək.

Please publish modules in offcanvas position.