Rüstəm Muradov: “Hadrut ərazisindəki vəziyyət sabitləşib”

/ Bazar ertəsi, 14 Dekabr 2020 11:42
Rüstəm Muradov: “Hadrut ərazisindəki vəziyyət sabitləşib”

“Hadrut qəsəbəsi ətrafındakı vəziyyət sabitləşib”.

Bunu Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov bu gün keçirdiyi brifinqdə deyib.

“Dekabrın 11-də atəşkəsin pozulması halı baş verib və Rusiya sülhməramlı kontingentinin addımları ilə bu halın qarşısı alınıb”, - o deyib.

R.Muradovun sözlərinə görə, indi durum sakitdir, Rusiya sülhməramlıları vəziyyətə daimi monitorinq həyata keçirir, həmçinin Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri ilə əlaqədədirlər.

Qeyd edək ki, son günlərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki meşəlik ərazidə qalan erməni silahlı birləşmələrin terror-təxribat və diversiya əməllərinə qarşı antiterror əməliyyatı keçirir. Bu yerlər bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələri tərəfindən uzunmüddətli işğaldan azad edilib.

Azərbaycan hökuməti və Rusiyanın sülhməramlı missiyası 10 noyabr tarixli bəyanata uyğun olaraq, sülhün qorunması üçün bütün zəruri tədbirləri görür.

Please publish modules in offcanvas position.