Türkiyə və Ukrayna arasında müdafiə anlaşması

/ Çərşənbə axşamı, 15 Dekabr 2020 11:59
Türkiyə və Ukrayna arasında müdafiə anlaşması

Ukrayna ilə Türkiyə arasında korvet və PUA-lar üçün istehsal və texnologiya mübadiləsi sahəsində bir sıra müqavilələr imzalanıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Müqavilələr Müdafiə Sənayəsi katibliyinin sədri İsmail Demirin rəhbərlik etdiyi Türkiyə nümayəndə heyətinin ziyarəti çərçivəsində imzalanıb.

Ukraynanın Müdafiə naziri Andrey Taranın sözlərinə görə, bu layihələrlə Qara dəniz və Azov dənizində təhlükəsizliyin artırılması üçün Ukrayna donanmasının gücləndirilməsi hədəflənir.

Please publish modules in offcanvas position.