Rusiya Qarabağda 248 hektar ərazini təmizlədi

/ Çərşənbə axşamı, 22 Dekabr 2020 16:23
Rusiya Qarabağda 248 hektar ərazini təmizlədi

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işləri davam etdirir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sülhməramlılar 248 hektar ərazini, 95,3 kilometr yol və 423 tikintini minalardan təmizləyib. 8.3 mindən çox partlayıcı aşkar edilərək zərərsizləşdirilib.

Bildirilib ki, rus sülhməramlıları dağlıq ərazilərdə hava şəraitinin pisləşməsi zamanı Qarabağdakı ərazilərin minalardan təmizlənməsini təmin edən müasir robot sistemlərindən də istifadə edir.

Aşkar edilən partlayıcılar və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqonda zərərsizləşdirilir.

Please publish modules in offcanvas position.